NATO ölkələri "hərbi Şengen" yaradılması barədə razılığa gəldilər

15 февраля 2018 16:44

Day.Az представляет новость на азербайджанском языке

NATO üzvü olan ölkələrin müdafiə nazirləri Şimali Atlantika Alyansının Avropa sərhədlərində "hərbi Şengen" yaratmaq barədə razılığa gəliblər.

Day.Az report-a istinadən xəbər verir ki, bu barədə Brüsseldəki hərbi-diplomatik mənbəyinə istinadən "RİA Novosti" məlumat yayıb.

NATO-nun müdafiə qurumlarının rəhbərləri Brüsseldə keçirilən görüşdə Avropada qüvvələrin və vasitələrin köçürülməsini təmin etmək üzrə komanda qərargahının yaradılmasını təsdiqləyiblər.

"Söhbət "hərbi Şengen" görüntüsü yaratmaqdan gedir", - mənbə deyib.

Qeyd edək ki, bu ideyanı ilk olaraq ABŞ-ın Avropadakı sabiq Quru Qoşunları komandanı, general-leytenant Ben Hoces irəli sürüb. Onun sözlərinə görə, müttəfiq qoşunlar və hərbi texnika qitə ərazisində miqrantlar kimi sürətlə hərəkət etməlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!