Mart ayına olan istirahət günlərinin sayı açıqlandı - 15 gün

15 февраля 2018 17:16

Day.Az представляет новость на азербайджанском языке

Mart ayında bayramlarla əlaqədar 8 qeyri-iş günü olacaq.

Day.Az xəbər verir ki, 2018-ci ildə 8 Mart - Qadınlar günü iş günü hesab edilmir, 20, 21, 22, 23, 24 mart isə Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.

Qeyd edək ki, şənbə və bazar günləri nəzərə alınmaqla, ümimlikdə 15 gün qeyri iş günü olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!