Bakıda qız "Sevgillər Günü"ndə ona alınan gülü internetdə satışa çıxardı: "Solmağındansa, satıram!" - FOTO

15 февраля 2018 17:39

Day.Az представляет новость на азербайджанском языке

Bakıda qız online satış səhifələrinin birində Sevgililər günündə ona hədiyyə edilən gülləri satışa çıxarıb.

Day.Az azxeber.com-a istinadən xəbər verir ki, satış səhifələrinin birində qız sevgilisinin ona hədiyyə etdiyi gülü satışa çıxarıb. Qiymətinin baha olduğunu yazan xanım, gülləri dəyərindən ucuz 20 manata satdığını yazıb.

Şərhlərdə ona tutlan iradlara özünəməxsus cavab verən xanım "zibil qutusuna atmaqdansa satmaq yaxşıdır" şərhini yazaraq müzakirəyə son qoymaq istəyib. Bu şərh istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onların bəziləri xanımla həmfikir olsalar da, çoxluq etiraz edib.

Həmin yazışmanın bir qismini təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!