29 yaşlı kişi dəm qazından zəhərləndi

15 февраля 2018 20:19

Day.Az представляет новость на азербайджанском языке.

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki,, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərov Səfər Firudin oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəstə təcili yardım briqadası ilə huşsuz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra xəstənin həyatını xilas etmək mümkün olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!