Əkizlər Röyanın libasından geyindi

15 февраля 2018 20:41

Day.Az представляет новость на азербайджанском языке.

Müğənnilər Sevil və Sevinc Səfərova bacılarının təqdimat mərsimlərindən birində geyindiyi libas diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən, paltarın eynisini uzun müddət əvvəl əməkdar artist Röya Ayxan geyinib.

Əkizlər libaslarını modelyer Aida Məmmədovanın tikdiyini bildiriblər.

Röya isə sözügedən libası ötən il sahibi olduğu moda evinin sərgisində geyinmişdi. Həmin libası hazırda müğənni ilə küsülü olan modelyer Səbinə Hüseynova tikmişdi.

Cins korsetdən və ağ uzun ətəkdən ibarət olan paltarların fərqi yalnız onların yarığındadır. Belə ki, Röyanın ətəyində yarıq ortada, əkizlərdə isə kənarda edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!