Daşkəsən sakini maşınını yandırdı

15 февраля 2018 21:14

Day.Az представляет новость на азербайджанском языке

Daşkəsən rayon sakini avtomobilini yandırıb.

Day.Az "Report"a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, Daşkəsən rayon sakini, 1986-ci il təvəllüdlü Samir İsayev ona məxsus "VAZ-2106" markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün anasının etirazı ilə qarşılaşıb. Buna əsəbiləşən sürücü avtomobilini yandırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və artıq yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!