Bakıda qaçırılan maşın Şirvanda tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda oğurlanan avtomobil Şirvan şəhərində tapılıb.

Belə ki, bu gün səhər saat 08:42 radələrində şəhər sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə zəng edərək "VAZ-2106" markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib. Müraciət aidiyyatı üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil saat 08:56 radələrində-vətəndaşın müraciətindən cəmi 14 dəqiqə sonra şəhərin H.Əliyev prospektində sürücü ilə birlikdə saxlanılaraq Şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Bakı şəhəri Xətai rayon sakini 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də ilkin araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.