Xalq artisti: "İstəmirdim oğluma xoşagəlməz sözlər deyilsin"

15 февраля 2018 21:29

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Gülyaz Məmmədova müğənni oğlu Ramazandan danışıb.

Milli.Az-a açıqlama verən məşhur vaxtilə oğlunun müğənni olmasını istəmədiyini bildirib.

"Oğlumu tar sinfinə qoymuşdum, heç bilmirdim ki, səsi var. Bir də gördüm ki, mahnı oxuyur. Xalası, yəni Gülyanaq dedi ki, gözəl səsi var, qoy oxusun. Fikirləşirdim ki, birdən bəyənilməz, çünki kənardan istəmirdim xoşagəlməz sözlər eşidim. Daha sonra böyük sənətkarlarımız Əlibaba Məmmədov, Arif Babayev mənə dedi ki, onun gözəl gələcəyi var. Buna görə də oğlumun müğənni olmağına razı oldum. Ramazan həm klassik, həm də estrada janrında olan mahnıları oxuyur. Tarı isə gitara əvəz edir", - deyə müğənni bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!