Salyanda güclü yanğın

Day.Az представляет новость на азербайджанском языке

Salyanda yanğın baş verib.

Day.Az- ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın  rayonun Şorsulu kəndində ümumi sahəsi 245 m² olan tövlədə baş verib. Nəticədə tövlənin taxta atmaları, içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu və kisələrə yığılmış 2 ton buğdanın 500 kiloqramı yanıb. Yanğın zamanı tövlədə olan 5 baş heyvan tələf olub. Ot bağlamasının, buğdanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.