Bakının iki avtomagistralında sürət həddi endirildi

Day.Az представляет новость на азербайджанском языке

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospektindən Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Day.Az xəbər verir ki, bu barədə report-a Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.