Avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın report-a istinadən məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Xəlilova Zülfiyyə Azad qızı, 1963-cü il təvəllüdlü Qasımova Mətanət Ağaməhəmməd qızı və onun həyat yoldaşı Azad Xəlilov, habelə nəqliyyat vasitəsinin sürücüsü, Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsənov Kamil Famil oğlu xəsarət alıblar.

Yaralılardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti isə qənaətbəxşdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.