"KamAz"ın sürücüsü magistralda təhlükəli anlar yaşatdı

Day.Az представляет новость на азербайджанском языке

Mişar daşı ilə dolu olan yük maşını magistral yolda sürücülərə təhlükəli anlar yaşadıb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, uzun müddət sol zolaqla hərəkət edən sürücü arxadan gələn digər avtomobillərə mane olub. Görüntülər Bakı-Qazax yolunun Hacıqabuldan keçən hissəsində lentə alınıb.
Arxadan gələn sürücü ötmə əməliyyatı etməyə nə qədər cəhd etsə, buna nail ola bilmir. Hətta o, "KamAz"ın sürücüsünün ona yol verməsi üçün dəfələrlə siqnal verib.
Videonu çəkən şəxsin sözlərinə görə, yüklə dolu iri qabaritli maşın yolda bir saat bu vəziyyətdə gedib.

"Yol hərəkəti haqqında" qanuna görə, sürücülər sol zolaqdan ötmə və ya dönmə əməliyyatı etmək üçün istifadə etməlidir. Sol zolaqda uzunmüddətli hərəkət ciddi qayda pozuntusudur.
"KamAz" sol zolaqdan uzun müddət istifadə edirsə, digər sürücülər sağdan ötmə etməyə məcbur qalırlar.

Ekspertlər deyir ki, belə olan halda sürücü bir neçə qaydanı pozmuş sayılır və ona bir neçə cərimə tətbiq edilə bilər.

Videogörüntüdə yük maşınının dövlət qeydiyyat nişanı da aydın görünür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: