Fransada Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib

Day.Az представляет новость на азербайджанском языке

16 fevral 2018-ci il tarixində Azərbaycan Dostları Assosiasiyasının icra şurası, Fransanın Udan şəhərində növbəti Parisdən kənar iclasını keçirib. Iclas, ADA-nın prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü, Jan Fransua Mansel və assosiasiyanın baş katibi Mirvari Fətəliyevanın başçılığı ilə idarə olunub.

Day.Az bildirir ki, Assosiasiyanın prezidenti, sessiyanı açaraq icra şirası üzvlərinə və Udan şəhərinin meri, ADA -nın üzvü, Jan-Mari Tetara assosiasiyanın idarə heyətini öz şəhərinə qonaq dəvət edərək, iclasın həyata keçirilməsində dəstəyinə görə təşəkkürünü bildirdi.

J.F. Mansel sessiyanın gündəminə daxil olan iş planını iclas heyətinə təqdim edib. Sessiya zamanı yeni idarə heyəti üzvlərinin seçilməsi, baş assambleya zamanı təsdiqlənmiş 2018-ci il üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsi haqqında müzakirələr gündəmə daxil olan əsas məsələlərdən idi.

Sessiya zamanı Assosiasiyanın idarə heyətinin üzvlüyünə namizədlərin siyahısı təqdim olunaraq yeni tərkibi təsdiq edilib.

Assosiyasiyanın prezidenti vəzifəsinə sabiq deputat Jan Fransua Mansel, vitse prezidentlər YUNESCO-nun xoşməramlı səfiri Edva Ser, tanınmış fransız bəstəkarı Pyer Tilua, yazıçı, jurnalist, Jan Pyer Alali və Mirvari Fətəliyeva isə baş katib vəzifəsinə 3 il müddətinə seçilib.

Assosiasiyanın ötən il ərzində fəaliyyətini isıqlandıran məlumat xarakterli layihə sessiya üzvlərinə təqdim olunub. Yarandığı gündən görülən işlər sayəsində ölkəmizin Fransada yaxından tanınmasında böyük rolu olan assosiasiyanın fəaliyyətini icra şurası üzvləri yüksək qiymətləndiriblər.

Daha sonra assosiasiyanın cari il üçün nəzərdə tutulmuş proqram və layihələrinin müzakirəsinə başlanılıb. ADA fəaliyyətinin daha da inkişaf etməsi üçün müəyyən strategiya və direktivlər nəzərdən keçirilib, şura üzvlərinin təklifləri dinlənilib. Jan-Fransua Mansel iclas iştirakçılarına Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ilin Azərbaycan tarixində yadda qalan bir il olacağını bildirib. Bu əlamətdar tarixi lazımınca qeyd etmək məqsədi ilə 2018-ci ildə ADA bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur. Bu layihələr planı tədbir çərçivəsində assosiasiya üzvlərinə təqdim edilib. O qeyd edib ki, bu silsilə tədbirlər Azərbaycanın Fransada taninması və iki ölkə arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq.

Daha sonra mer J.M Tatar Assosiyasiya üzvlərini şəhər ilə tanış edərək, onun tarixi barədə məlumat verib.

ADA deleqasiyası şərəfinə Taneri qalereyasında təşkil edilmiş ziyafətdə yerli siyasi və ictimai şəxsiyyətlərlə tanışlıq zamanı Udan şəhəri ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.