Tanınmış müğənni: "Geyimlərimi endirim zamanı alıram"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Fərhad Göçer maraqlı etiraf edib.

Day.Az axşam.az-a istinadən bildirir ki, ixtisasca həkim olan sənətçi alış-verişi endirim zamanı etdiyini deyib: 

"Heç vaxt geyimlərimi mövsümündə almıram. 1500 lirəlik (təxminən 750 manat) paltar endirim zamanı 300 lirə (təxminən 150 manat) olur. İnsanları aldadırlar. Standart geyim tərzim var. Rahat şəkildə endirimdən faydalana bilirəm. Trend paltar egyinmək kimi iddiam yoxdur. Xəsis deyiləm, qənaətciləm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.