Ayağına kilid vurdu, kimsə məna verə bilmədi

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış model Demi Robe Maubi partiyə yollanarkən kameralara tuş gəlib. 

Day.Az axşam.az-a istinadən bildirir ki, 22 yaşlı model gecə üçün ağ mini və dekolteli libas seçimi edib. Karyerasında sürətlə yüksələn Demi ayaqqabı detalı ilə diqqət çəkib.

Belə ki, gənc model ayaqqabılarına kilid vurub. Bu, gecənin qonaqlarının da diqqətindən qaçmayıb. Deminin bu aksesuarına hər hansı məna verilə bilinməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.