Bu qarışımı içsəniz, dəriniz qocalmaz

19 февраля 2018 08:07

Day.Az представляет новость на азербайджанском языке

Zəncəfil pəhriz zamanı istifadə olunan ən faydalı ədviyyatlardan biridir. Həzmə kömək edir, yağ yandırılmasını sürətləndirir, həmçinin, metabolizmanı 20 faiz sürətləndirərək toksinlərin bədəndən atılmasına kömək edir. Zəncəfil dərinin cavan qalmasına da faydalıdır. Üzünüzü həftədə bir dəfə zəncəfil suyu ilə yuyun. Day.Az ailem.az-a istinadən sürətli arıqladan və yağ yandıran zəncəfil reseptini təqdim edir.

Lazım olanlar:

1 çay qaşığı rəndələnmiş zəncəfil
1 xiyar
1 limon
1-2 nanə yarpağı
2 litr su

Hazırlanması:

Xiyarı soyun və nazik şəkildə doğrayın. Sonra limon və zəncəfili də eyni şəkildə dilimləyin. Bütün ləvazimatları suyun içinə nanə yarpaqları ilə bərabər əlavə edin. Gecə boyu soyuducuda saxlayın. Hər gün 3 stəkan, xüsusilə səhərlər ac qarına və yeməklərdən əvvəl için.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!