Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub

Day.Az представляет новость на азербайджанском языке

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Kərimova Mətanət Vaqif qızı Babək prospektində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.