Ağdaşda avtomobil kanala düşdü: sürücü öldü, arvadı və 6 aylıq qızı xəsarət yaralandı

Day.Az представляет новость на азербайджанском языке

12:45

Ağdaş rayonunda baş vermiş dəhşətli qəzada ölən şəxsin prokurorluq əməkdaşı olduğu məlum olub.

Lent.az bildirir ki, Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində su kanalına aşan "Mercedes"də vəfat edən sürücü, Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlu prokurorluq əməkdaşı olub. O, Tovuz rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışırmış.

Qeyd edək ki, qəza nəticəsində sürücünün həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bildirilir ki, qəzaya yağışlı havada yolun sürüşkən olması səbəb olub. Sürücü təhlükəsizlik kəməri taxdığı üçün su kanalına düşən maşından çıxa bilməyib.

--------
10:56
Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb, sürücü ölüb, həyat yoldaşı və 6 aylıq qızı xəsarət alıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, su kanalına düşüb. Nəticədə sürücü hadisə yerində ölüb, onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.