Daha 3 kənd terrorçulardan azad edildi

Day.Az представляет новость на азербайджанском языке

Türk əsgərlərin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" antiterror əməliyyatı 31 gündür davam edir.

Milli.Az bildirir ki, Türkiyənin Ordu qərargahından verilən məlumata görə, 31 gün ərzində ümumilikdə 1641 terrorçu öldürülüb.

Anadolu Agentliyinin məlumatına görə, daha 3 kənd ( İkidam, Şeltah və Merseva ) terrorçulardan azad edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.