Bu da Kamal Sunalın azərbaycanlı gəlini

Day.Az представляет новость на азербайджанском языке

"Şaban" obrazı ilə tanınan mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunalın azərbaycanlı sevgilisi Nazlı Qurbanzadə ilə ilk fotosu yayılıb.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük yayda nikah masasına əyləşməyə hazırlaşır. Kamal Sunalın xanımı Gül Sunal gələcək gəlinini çox sevdiyini deyib.

Qeyd edək ki, hüquqşünas Nazlı ilə Ali ÇABA dərnəyində tanış olublar.

Nazlı Türkiyənin məşhur siması Bülent Qurbanzadənin qızıdır. Xatırladaq ki, Ali Sunal 2011-2012-ci illərdə aktrisa Gökçe Bahadırla ailəli olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.