Gənc aktrisa təyyarədə tərbiyəsizliklə üzləşdi

Day.Az представляет новость на азербайджанском языке

Hindistanın gənc aktrisalarından olan 17 yaşlı Zaira Vasim "Air Vistara" aviaşirkətinin təyyarəsində tərbiyəsizliklə qarşılaşıb.

Milli.Az BBC News-a istinadən bildirir ki, Dehli-Mumbay reysi ilə uçan təyyrədə Z.Vasim yatdığı zaman arxada əyləşən orta yaşlı kişi ayaqqabılarını çıxarıb, sonra da sağ ayağını yuxarı qaldırıb irəli uzadıb, Zairanın boynuna sürtməyə başlayıb.

Z.Vasim smartfonu ilə baş verənləri çəkib, İnstagram-da paylaşıb.

"Salonda qaranlıq olduğundan o adamın sifətini çəkə bilmədim", - Z.Vasim yazıb.

Təyyarə hava limanına enən kimi əxlaqsız kişini polis saxlayıb.

Z.Vasim "Air Vistara" aviaşirkətini yardım müraciətlərini qulaqardına vurmaqda suçlayıb.

Aviaşirkət aktrisadan üzr istəyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.