Rusiyada bəzi dərmanlar mağazalarda satılacaq

Day.Az представляет новость на азербайджанском языке

Rusiyada ərzaq mağazalarında reseptsiz verilə bilən dərmanların satışına icazəni nəzərdə tutan qanun ölkədə apteklərin sayının kəskin azalmasına səbəb ola bilər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ ilə bağlı qanun layihəsi 2017-ci ildə hazırlanıb.

Mütəxəssislər hesab edir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə əsasən kiçik şəhərlərdə apteklər bağlana bilər.

 

Qeyd olunur ki, bu qanundan daha çox ərzaq mağazalarının yaxınlığında yerləşən apteklər zərər görəcək.

Qanun layihəsinin müəlliflərinin fikrincə, reseptsiz verilə bilən dərmanların ərzaq mağazalarında satışı dərmanların ucuzlaşmasına gətirib çıxara bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.