Natavan Nuranın tərəfini tutdu: "Düz deyib"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Nura Surinin "Evlilik ona düşmədi, çox aqressivləşib. Uitni Hyuston kimi olma" sözlərinə Natavan Həbibidən cavab gəlib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, Natavan "ATV Maqazin onlarla"da Nuranın sözlərindən incimədiyini deyib:

"Nuranı qınamıram. Bilirəm ki, məni istədiyinə görə belə deyib. Düz deyir, bir az əsəbi, stresli idim. O da qadın olaraq məni başa düşüb və istədiyindən belə deyib. O danışanda özümü çox yaxşı hiss etdim. Əslində həqiqətləri deyib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.