"Sosial şəbəkədə məni təhqir etdiklərinə görə 3 dəfə insult keçirmişəm, ağzım əyilib"

19 февраля 2018 19:57

Day.Az представляет новость на азербайджанском языке

Stilist Samiraldo (Samir Əliyev) həyatı haqda acı məqamları danışıb.

Day.Az big.az-a istinadən bildirir ki, Stilist "Xəzər TV"yə müsahibəsində illər öncəyə geri dönüb: "Uşaqlığım internat məktəbində keçib. İnternat məktəbində erməni müəlliməsi var idi. Məndən xoşu gəlmirdi. Hətta mənə nifrət edirdi. Mənə əzab verirdi, döyürdü. Onun mənə qarşı etdiyi əzabların ucbatından stress yaşayırdım və nəticədə uşaq yaşlarında infarkt keçirdim. Amma sağlamlağıma qovuşmağım üçün mübarizə apardım. Mənə internat məktəbindən bildirdilər ki, əlillər evinə və bir müddətdən sonra qocalar evinə göndərəcəklər. Mən bununla raşılaşmayaraq, həyatla mübarizə aparmağa qərara aldım. Səhər tikiş fabrikində, axşamlar isə çörək zavodunda fəhlə işləyib, pulumu qazandım. Allah mənə 40 il istədiyim həyatı vermədi. Nəticədə "Samiraldo" kimi obraz yaradaraq, həyatımı qurdum. Əldə edə bilmədiklərimə sahib oldum. Cəmi 3 sözlə "Açıldı", "Qəhrəman", "Ay mənim canlarım" sözləri ilə məşhur olub, pulumu qazandım".

Samiraldo sosial şəbəkələrdə onu təhqir edən insanlardan da söz açıb: "Məni təhqir edənlərə görə dəfələrlə səhhətimdə problem yaranıb. Belə ki, 3 dəfə insult keçirmişəm, ağzım əyilib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!