Daha sürücülər sükan arxasında yatmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Bakıda bir qrup gənc sürücüləri oyadan eynək hazırlayıb. Eynək sürcünün sükan arxasında yatmasına imkan vermir.

Day.Az xəbər verir ki, gənc ixtiraçılar - Alim Babazadə və onun komandasının "Vake me up", yəni "məni oyat" layihəsi çərçivəsində hazırladıqları eynək sayəsində reallaşacaq. Eynək sürcünün sükan arxasında yuxlamasına imkan verməyəcək. Sürücünün gözü yumulduqda, qurğu 2 saniyədən bir onun yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Bu qurğunun hazırlanmasında məqsəd ağır yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Azərbaycan Texniki Univeristetinin tələbələri bu eynəyi bir ilə hazırlayıblar. Layihə daha da təkmilləşdirildikdən sonra həmin eynəklərdən avtomobillərdə istifadə etmək mümkün olacaq. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.