Məşhur şanson ifaçısı qətlə yetirildi

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın şanson mahnılar ifaçısı Pyotr Qara Moskvada yerləşən mənzilində ölü tapılıb.

Day.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Xəbərə görə, fevralın 19-da "Severnı bulvar"da yerləşən yaşayış evinin mənzilində 1984-cü il təvəllüdlü kişi meyiti tapılıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xatırladaq ki, öldürülən şəxs klublarda konsertlərlə çıxış edən və Pyotr Qara kimi tanınan müğənni Pyotr Petrenkodur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.