"Rembo" ölüm xəbərinə münasibət bildirdi: "Sağam, yaxşıyam..."

Day.Az представляет новость на азербайджанском языке

"Rembo" və "Rokki" filmlərinin ulduzu, aktyor Silvestr Stallone sosial şəbəkədə özü haqda yayılan ölüm xəbərlərinə münasibət bildirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 71 yaşlı aktyor onun haqda çıxan xəbərləri İnstaqram səhifəsində yerləşdirərək yazıb:

"Xahiş edirəm, belə yalanlara inanmayın. Sağam, yaxşıyam, xoşbəxtəm və sağlamam. Hələ də döyüşürəm".

Qeyd edək ki, sosial şəbəkələrdə Stallonnenin prostat vəzi xərçəngindən vəfat etdiyi qeyd olunmuşdu. İddia olunurdu ki, o, xəstəliyini gizlətsə də, sonda onun öhdəsindən gələ bilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.