Azərbaycanla bağlı YENİ PROQNOZ

Day.Az представляет новость на азербайджанском языке

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 5-9 faiz səviyyəsində birrəqəmli inflyasiya proqnozlaşdırır.

Trend bildirir ki, bunu bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

İ.Duarte qeyd edib ki, Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirir, neftdən asılılığın azaldılmasında nailiyyətlər əldə edir: "Hökumət nümayəndələri ilə görüşlərimiz zamanı biz onların iqtisadiyyatın şaxələnməsinə sadiqliyini müşahidə edirik. Azərbaycan hökuməti kiçik şirkətlərin inkişafı və onların qeyri-neft sektorunda aktiv fəaliyyəti üçün şəraitin yaradılması məqsədi ilə səy göstərir".

Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlardan danışan İ.Duarte qeyd edib ki, 2018-ci ildə ÜDM-nin 2 faiz artacağını gözləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.