Sosial sığorta borclar silinir - Milli Məclisdə müzakirə

Day.Az представляет новость на азербайджанском языке

Məcburi dövlət sosial sığortası üzrə borclar 364 milyon manatdan çoxdur. Bu isə sahibkarların fəaliyyətinə maneə yaradır.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan prezidenti tərəfindən bu borcların ləğvi ilə bağlı təklif Milli Məclisin birgə keçirilən komitə iclasında geniş müzakirə olunub.

Əmək və Sosial siyasət, eləcə də Hüquq Siyasəti və dövlət quruculuğu komitələrinin iclasında qeyd olunub ki, dövlət başçısı əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Maliyyə sanksiyalarının silinməsinə əsasən sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödənildikdə - ödənilməmiş 90 faizi, aprel-iyul ayları ərzində 30 faizi ödənildikdə - ödənilməmiş 70 faizi, aprel-sentyabr ayları ərzində 50 faizi ödənildikdə - ödənilməmiş 50 faizi silinəcək.

Əlilliyi olan şəxslərlə bağlı qanun layihəsinin müzakirələri zamanı isə millət vəkili Musa Quliyev əlillərin işlə təmin olunması ilə bağlı maraqlı təklif irəli sürüb.

Sosial müavinətlər haqqında qanun layihəsinə də dəyişiklik müzakirə edilib. Belə ki, təklif edilən dəyişikliyə əsasən məhkəmə, prokurorluq, Fövqəladə Hallar Nazirliyi, eləcə də bəzi dövlət qurumları əməkdaşları indiyədək xidmət ilinin bitməsinə minimum 5 il qalmış işdən çıxdıqda ona ömürlük müavinət təyin edilirdi. İndi isə bu minimum xidmət müddəti 15 ilə qədər uzadılıb.

Qanun layihələri bəyənilərək plenar iclasa tövsiyə olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sosial sığorta borclar silinir