Lənkəran sakini həyətyanı sahəsində tutduğu yenotu Hirkan Milli Parkına təhvil verib

Day.Az представляет новость на азербайджанском языке

Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov gecə saatlarında həyətyanı sahəsində yenot tutub. Daha çox meşə ərazisində rast gəlinən bu heyvan kənd sakinlərinin də marağına səbəb olub.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, vətəni Amerika olan yenot Hirkan Milli Parkına təhvil verilib. Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları da məlumatlandırılıb. Bir saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşı Ramiz Bəbirov bildirib ki, bu heyvanın kənd ərazisinə gəlib çıxmasının səbəbi insanların müdaxiləsi nətincəsində onların yaşayış arialının daralmasıdır. Yenotlar qidalanmaq üçün yaşayış məskənlərinə üz tutmağa məcbur olurlar. Aşkar olunmuş bu yenot tam sağlam olduğu üçün Hirkan Milli Parkın ərazisinə buraxılacaq.

Qeyd edək ki, su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevən yenotlar gündüzlər yatır, gecələr isə yem axtarmağa çıxırlar. Onlar su mənbələrinin və bataqlıqların ətrafında yaşayır və su içməyə gələn heyvanları ovlayırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.