"Mercedes Benz" avtomobillərini geri çağırır

Day.Az представляет новость на азербайджанском языке

"Mercedes Benz" şirkəti 1500-ə yaxın avtomobilini geri çağırıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.

Qeyd edək ki, geri çağırılma 2014-2015-ci illərdə Rusiyada satılmış "V-Klasse" və "VITO" modellərinə şamil olunur.

Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.