Türkiyə əhalisi 22 ildən sonra 100 milyona olacaq

21 февраля 2018 20:29

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Statistika İnstitutu növbəti 22 il ərzində Türkiyədə əhalinin 100 milyon nəfərədək artacağını proqnozlaşdırır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, proqnozlara əsasən, 2023-cü ilin sonunadək Türkiyə əhalisi 86.907.367 nəfər təşkil edəcək.

Həmin müddətdə İstanbulda 16,3 milyon, Ankarada 6,1 milyon, İzmirdə 4,6 milyon sakinin olacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən, ölkə əhalisi 80,8 milyon nəfərə bərabər olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!