Səməni bazarlarda satışa çıxarılıb

Day.Az представляет новость на азербайджанском языке

Yazın gəlişini, təbiətin oyanmasını bildirən və Novruz bayramının simvolu sayılan səməni bazarlarda satışa çıxarılıb.

Day.Az bildirir ki, istixanalarda yetişdirilən səmənilərin ən ucuzu 50 qəpik, bahalısı isə 10 manatdir.

Satıcılar qeyd edirlər ki, səmənilər çərşənbəyə görə 2-3 gün əvvəl satışa çıxarılıb.

Satıcılar bildirirlər ki, səmənilər Bakıətrafı qəsəbələrdəki istixanalarda yetişdirilir.

Hələlik alıcı azdır. Yalnız çərşənbə günü 10-15 səməni sata biliblər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Səməni bazarlarda satışa çıxarılıb - 10 manatdır