Çərəz bazarında canlanma var

Day.Az представляет новость на азербайджанском языке

Novruz bayramına bir ayadək vaxt qalmasına baxmayaraq, artıq çərəz bazarında canlanma hiss olunur.

Day.Az bildirir ki, satıcılar çərəzlərin paytaxt bazarlarına həm yerli fermerlərdən, həm də xaricdən daxil olduğunu deyirlər. Qiymətlər isə həmişəki kimi müxtəlifdir. Məsələn, yerli məhsul olan qoz ləpəsinin qiyməti 12-20, fındıq ləpəsi 10-12, badam isə 15-18 manat arasında dəyişir. Qabıqlı qoz və fındığın satışı isə daha ucuzdur.

Bazarda xaricdən gətirilən ən bahalı qozun bir kiloqramının qiyməti isə 30 manatdan başlayır.

Kişmişin qiyməti isə 10-15 manat arasında dəyişir. Satıcılar ötən illə müqayisədə hazırda çərəzlərin qiymətinin ucuz olduğunu bildirsələr də, bayramqabağı qiymətlərin 10 faiz qalxa biləcəyini də istisna etmirlər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Çərəz bazarında canlanma var - QİYMƏTLƏR