Özündən 36 yaş böyük iş adamına ərə gedən modelin lüks həyat tərzi

Day.Az представляет новость на азербайджанском языке

Atası türk, anası moldovalı olan Xenia Deli adlı model lüks həyat tərzi ilə internet fenomeninə çevrilib.

Day.Az axşam.az-a istinadən bildirir ki, Xenia ilk öncə 2 il əvvəl özündən 36 yaş böyük misirli iş adamı Osama Fathi Rabah Al Şarif ilə ailə qurmaqla gündəm olub.

Zəngin həyat tərzini sosial media hesabında paylaşmaqla izləyici sayını günü-gündən artıran 27 yaşlı model əri ilə çıxdığı tətillərdən və lüks malikanələrdən şəkillər paylaşmaqla böyük marağa səbəb olub.

Qeyd edək ki, Delinin toyu 2016-cı ildə Yunanıstanın Santorini adasında baş tutub. O, mərasimə "Zuhair Murad" imzalı gəlinlik geyinib. Libasın arxası bir neçə metr uzunluqda qumaş və krujevadan ibarət olub.

Toy 800 min funt sterlinqə başa gəlib.

Xatırladaq ki, Castin Biberin "What Do You Mean" adlı mahnısının klipindəki cəsarətli səhnələri ilə məşhurlaşan gözəl daha əvvəl "Victoria's Secret" və "Playboy" üçün də modellik edib. 

Xenianın lüks həyat tərzindən fotoları təqdim edirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.