Keçmiş qalmaqal yenidən alovlandı

Day.Az представляет новость на азербайджанском языке

Keşmiş model Demet Şenerlə müğənni Demet Akalın arasında illər əvvəl baş vermiş qalmaqal yenidən alovlanıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, Şener ifaçını məhkəməyə verəcək. Buna səbəb isə modelin boşandığı əri İbrahim Kutluayla keçmişdə eşq yaşayan Akalınla mübahisə yaşamasıdır. Belə ki, jurnalistlərin ifaçı ilə bağlı sualına Demet "Onu tanımıram" cavabını vermişdi. Akalın isə bunun qarşılığında keçmişdə yaşadıqlarına işarə vuraraq "Ona təşəkkür edirəm. İndi dul və işsiz qalmaq var idi" demişdi. Şener bu sözlərdən əsəbiləşərək Akalını məhkəməyə vermək qərarına gəldiyini bildirib:

"Ev yıxmamışam ki... Özü də mən dul deyiləm. Bütün bunlar Allahın işidir. Dediyim sözləri uzatdıqca-uzadır. Qalmaqal üçün bəhanə gəzir". 

Xatırladaq ki, vaxtilə Demet Akalınla İbrahim Kutluay evlənməyə hazırlaşırdılar. Lakin Şener onların arasına girərək Kutluayla nikah masasına özü əyləşmişdi. Cütlük bu il boşanıb, 2 uşağı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.