Mingəçevirdə tarix müəllimi ilkə imza atıb

Day.Az представляет новость на азербайджанском языке

Orta məktəb müəllimi dərs dediyi təhsil ocağında bir ilk reallaşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir şəhər 3 nömrəli məktəbdə tarix dərsini tədris edən Almaz Məmmədova burada ilk dəfə olaraq geniologiya dərnəyi yaradıb. Tarix dərsinə köməkçi hesab edilən geniyologiya məktəblilərə öz nəsil şəcərəsini tanımağa, öyrənməyə xidmət edir. Bir neçə müddətdir ki, fəaliyyət göstərən dərnəyi Almaz müəllimə dərs dediyi şagirdləri ilə söhbətlərdən sonra klub formasında inkişaf etdirib.

Ağdam, Kəlbəcər, Laçın və digər rayonlardan məcburi köçkün olan şagirdlər öz nəsil şəcərələrini müxtəlif formada hazırlaya biliblər. Müəllimin sözlərinə görə, məktəblilər yaşlı nənə-babaları vasitəsi ilə 3-4 əsr əvvələ gedib, oz əcdadların adını, hansı peşə sahibi olduğunu öyrənə biliblər.

Uzun illərdir ki, tarix dərsini tədris edən Almaz Məmmədova geniologiya ilə ilk dəfə olaraq Mingəçevirdə onun məşğul olduğunu və bunu daha da inkişaf etdirəcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Mingəçevirdə tarix müəllimi ilkə imza atıb