"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük

Day.Az представляет новость на азербайджанском языке

Qarışıq növlər döyüşçüsü Taleh Nəcəfzadə qələbəsini doğma respublikasına və xalqına həsr edib.

O, bunu Sputnik Azərbaycan-a döyüş ərəfəsində deyib.

Onun rusiyalı Vitali Slipenko ilə təkbətək döyüşü fevralın 22-də Moskvada M-1 Global turnirində olacaq.

Otuz yaşlı azərbaycanlı qarışıq döyüş növləri üzrə respublika çempionudur. O, keçirdiyi 9 döyüşdən 6-sında qalib gəlib. May ayında keçirilən yarışda Andrey Frolova qarşı döyüşərkən zədə alıb və bərpa olunmağa xeyli müddət sərf edib.

Mübarizədən bir gün əvvəl, Nəcəfzadə və Slipenko turnirin qaydalarına görə, tərəziyə çıxıblar. Rəqiblərin çəki dərəcələri 84 kq-a uyğun gəlib. Çəkiləndən sonra "azərbaycanlı termionator" Sputnik-in müxbiri ilə söhbət edib.

Nəcəfzadə öz ləqəbini qorumaqdadır. O, özünə əminliyini və sakitliyini davam etdirir. Onun sözlərinə görə, zədəsi karyerasına təsir etməyib: "Müalicə olundum, yenə meydandayam!".

Azərbaycanlı hesab edir ki, vətənində qarışıq növlər döyüşü yaxşı inkişaf edib və ildən-ilə daha da populyarlaşmaqdadır. Nəcəfzadə özünün mümkün qələbəsini respublikamıza hədiyyə edəcək: "Qələbəmi xalqıma və vətənimə həsr edirəm. Biz pul üçün döyüşmürük. Biz öz şərəfimiz və xalqımız naminə döyüşürük".

Taleh Nəcəfzadə ilə Vitali Slipenkonun təkbətək döyüşü fevralın 22-də Moskvanın "Olimpiya" idman kompleksində keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.