Misir polisi eyvandan yıxılan uşağı xilas edib

Day.Az представляет новость на азербайджанском языке

Misirdə polis eyvandan yıxılan uşağı xilas edib.

Day.Az oxu.az-a istinadən bildirir ki, hadisə Asyut şəhərində baş verib. 

Asayiş keşikçisi uşağın eyvandan sallandığını görüb və onu tutmaq üçün ən qısa zamanda tədbir görməyə çalışıb.

Əvvəl xalçadan istifadə etməyə cəhd etsə də, sonda uşağı öz əlləri ilə tutub.

"Facebook"da yayılan xilasetmə videosu artıq iki milyona yaxın baxış sayı toplayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Misir polisi eyvandan yıxılan uşağı xilas edib