30 yaşı tamam olan məşhur müğənni doğum gününə bu paltarda gəldi

Day.Az представляет новость на азербайджанском языке

30 yaşı tamam olan Rihanna Nyu-Yorkda təmtəraqlı doğum gününü keçirib.

Day.Az xəbər verir ki, ulduzu təbrik etməyə onun yaxın qohumları və dostları gəlib, onlar arasında Leonardo Dikaprio, o cümlədən, anası Monika Breytbeyt, Paris Hilton, Toni Brekston və başqaları olub. Mənbələr jurnalistlərə deyib ki, qonaqlıqda müğənninin milyarder sevgilisi və ərəb iş adamı Cəmil Həsən da olub.

Ulduz dostları ilə birlikdə səhər saat dördə qədər əylənib. Rihannanın doğum günündə çəkilən şəkilləri sosial şəbəkələrdə yayılıb.

Ulduz bu özəl gün üçün geyimini "Saint Laurent" markasının yaz kolleksiyasından seçib.(publika.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.