"Zidanla danışmışam. Arxayındı ki..."

Day.Az представляет новость на азербайджанском языке

"Arsenal"ın sabiq futbolçusu Rober Pires Çempionlar Liqasında "Real"la PSJ-nin mübarizəsinə münasibət bildirib.

Day.Az komanda.az-a istinadən xəbər verir ki, Pires Çempionlar Liqasında əsl "Real"ı gördüklərini qeyd edib. O, "kral klubu"nun baş məşqçisi Zinəddin Zidanla söhbəti barədə də danışıb:

"Real"ın Çempionlar Liqasındakı çıxışı məni təəccübləndirmir. Bu turniri La Liqa ilə müqayisə etmək olmaz. Biz əsl "Real"ı Çempionlar Liqasında görürük.

PSJ ilə keçirilən ilk oyundan sonra Zidanla söhbət etmişəm. O, arxayındı ki, növbəti mərhələyə adlayacaqlar.

Fransa mətbuatı yazır ki, PSJ-nin də futbolçuları mərhələ adlayacaqlarına inanırlar. Ancaq unutmaq lazım deyil ki, "Real"ın bu turnirdə böyük təcrübəsi var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.