"Əhmədli"dən Babək prospektinə gedən yolda hərəkət məhdudlaşdırılacaq

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (metronun "Əhmədli" stansiyası) Babək prospektinədək olan istiqamətində 24 fevral tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alyternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən metronun "Əhmədli" stansiyasına doğru olan hissəsində isə hər hansı bir məhdudiyyət tətbiq edilməyəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.