Ən eybəcər idi, tam dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

Frodo adlı köpək ölüm ayağında idi. Bədənində bitlərin və gənələrin qaynaşdığı balaca köpək ağır infeksiyaya yoluxduğundan tükləri də tökülürdü. Üstəlik, infeksiya nəticəsində onun bir gözü kor olmuşdu. Digər gözü də az sonra kor qalacaqdı.

Milli.Az The Dodo-ya istinadən bildirir ki, Xorvatiyada küçələrdən birində Frodonu görən Klaudiya Siqunyak köpəyi xilas etmək qərarına gəlir.

O, qotur basmış iti tanınmış baytar həkim Marko Dusparonun klinikasına aparır.

Klinikada "Üzüklər hökmdarı" filminin qəhrəmanlarından biri olan Frodonun adı verilən köpək müayinə olunur və onun müalicəsinə başlanır.

Bir zamanlar fotoları sosial şəbəkələrdə yayılanda "dünyanın ən eybəcər iti" adlandırılan Frodonu indi tanımaq olmur.

O, sağlam və şən köpək olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Ən eybəcər idi, tam dəyişdi