Səfir: "Xocalıda baş vermiş dəhşətlər hamımızın yaddaşındadır"

Day.Az представляет новость на азербайджанском языке

"Xocalıda baş vermiş dəhşətlər hamımızın yaddaşındadır".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, ABŞ tərəfindən maliyyələşdirilən məcburi köçkün övladları üçün təhsil proqramı Xocalı faciəsinin ildönümü ərəfəsində bir qədər də əhəmiyyət kəsb edir: "Bu gün bizim məqsədimiz təkcə keçmişdə olanları unutmamaqdan ibarət deyil, həm də gələcəyə baxmaq və öz gələcəyimizə investisiya qoymaqdır. Bu baxımdan hesab edirəm ki, uşaqların təhsilinə göstərilən kömək çox vacibdir".

Qeyd edək ki, ABŞ səfirliyi məcburi köçkün övladlarının təhsilini dəstəkləyən "Bilik qüvvədir" layihəsinə start verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.