"Rusiya Qarabağ münaqişəsində vasitəçilikdə effektivliyi itirir"

Day.Az представляет новость на азербайджанском языке

"Rusiya-Azərbaycan münasibətləri Moskva üçün prinsipialdır, özü də yalnız postsovet məkanında yox".

Day.Az report-a istinadən xəbər verir ki, bunu Aktual İqtisadiyyat İnstitutunun direktoru, rusiyalı politoloq Nikita İsayev bildirib.

Onun fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsində vasitəçilikdə effektivliyi itirir.

N.İsayev vurğulayıb ki, MDB formatı praktiki olaraq fəaliyyətini dayandırıb, Azərbaycan isə Rusiyanın xarici siyasətində prioritet olaraq qalır: "Rusiya postsovet məkanında öz təsir qüvvəsini itirsə, daxildən parçalanma mümkündür. Azərbaycanla aydın siyasi və dostluq münasibətlərində qalmaq bizim üçün son dərəcə vacibdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.