Dəməşqdə xəstəxana raket atəşinə tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Suriyanın paytaxtı Dəməşqdə xəstəxana silahlılar tərəfindən raket atəşinə tutulub.

Day.Az Trend-ə istinadən bildirir ki, şəhərin Bağdad küçəsində yerləşən xəstəxananın cərrahiyyə şöbəsinin binası raket atəşinə məruz qalıb.

Nəticədə binaya ciddi şəkildə ziyan dəyib. Ölü və yaralılar barədə məlumat yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.