Rumıniya mediası: azərbaycanlılara qarşı illər boyu...

Day.Az представляет новость на азербайджанском языке

Rumıniyanın "Agerpres" milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hazırlanan Xocalı soyqırımından bəhs edən mətbuat açıqlamasını yayıb.

Axar.az xəbər verir ki, yazıda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı tərəfindən həyata keçirilən soyqırımı haqqında ətraflı məlumat verilir. Faciə zamanı uşaqların, yaşlıların və qadınların xüsusi qəddarlıqla qətlə yetirildiyi diqqətə çatdırılır. Ermənilərin azərbaycanlılara qarşı illər boyu apardıqları təcavüzkar siyasətdən danışılır. Qeyd olunur ki, Azərbaycanın ərazilərinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Məqalədə bildirilir ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən bir çox qətnamə və qərarlar qəbul edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.