Bakıda bədbəxt hadisə - uşağın qarnına mil batıb

Day.Az представляет новость на азербайджанском языке

Bakıda bir yaşlı uşağın qarnına mil batıb.

Day.Az bildirir ki, körpə evdə təkbaşına mil ilə oynayarkən onu qarnına batırıb. İti uclu alət uşağın qarın boşluğuna keçib və daxildə xəsarətlərin yaranmasına səbəb olub. Yad cisim batdığı yerdən çıxarılmadan körpə dərhal xəstəxanaya çatdırılıb.

Cərrah Fuad Hüseynov deyir ki, uşaq dərhal əməliyyata alınıb və yad cismin çıxarılması istiqamətində işlər görülüb.

Mütəxəsisslər belə xoşagəlməz halların baş verməməsi üçün valideynləri daha diqqətli olmağa, həmçinin kəsici və iti uclu alətləri uşaqlar üçün əlçatan yerlərə qoymamağa çağırırlar.

xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda bədbəxt hadisə - uşağın qarnına mil batıb