Maşının satış qiymətini qaldırmaq üçün bu üsula əl atırlar

Day.Az представляет новость на азербайджанском языке

Avtomobilin satış qiymətini qaldırmaq üçün kilometrajı geri çəkdirilir. Bu yolla alıcılar aldadılır. Hüquqşünaslar bu halın ölkə qanunvericiliyinə zidd olduğunu bildirir.

Day.Az bildirir ki, istehlakçıları aldadan şəxslər 3 min manatdan 5 min manatdək cərimə və ictimai işlərə cəlb oluna bilər. Həmin şəxslər azadlıqdan da məhrum edilə bilər. Bunun üçün isə aldadılan şəxs hüquq-mühafizə orqanlarına şikayət etməlidir.

Avtomobil təmiri üzrə mütəxəssislər isə kilometrajı geri çəkilən avtomobili müəyəynləşdirməyin bir neçə üsulu olduqunu bildirir.

Peşəkar ustalar mühərikxanaya və avtomobilin alt hissəsinə baxmaqla kilometrajın geri çəkilib-çəkilmədiyini bilə bilirlər. Bəzi hallarda bunu avtodiaqnostika ilə də müəyyən etmək olur. Amma bu, əksər avtomobillər üçün keçərli olmur. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Maşının satış qiymətini qaldırmaq üçün bu üsula əl atırlar - DİQQƏTLİ OLUN!