Süni intellekt xəstəlik riskini proqnozlaşdırır

Day.Az представляет новость на азербайджанском языке

"Google" və onun tibbi texnologiyalar üzrə ixtisaslaşmış "Verilu" adlı törəmə şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış alqoritm gözün torlu qişasının şəkillərinin təhlili əsasında insanda ürək-damar xəstəliklərinin yaranma riskini öncədən xəbər vermək qabiliyyətinə malikdir.
 
"The Verge" nəşri yazır ki, təklif edilmiş metod pasiyentin qan analizinə əsaslanan mövcud testlər kimi təxminən eyni proqnozlaşdırma dəqiqliyinə malikdir.
Day.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər alqoritmin təlimi üçün təxminən 300 min pasiyentə aid gözün torlu qişasının şəkilləri və tibbi göstəricilərindən ibarət bazadan istifadə ediblər. Bu məlumatlar əsasında proqram torlu qişanın təsvirləri üzrə insanın yaşını, onun qan təzyiqini, həmçinin siqaret çəkib-çəkmədiyini müəyyənləşdirməyi öyrənib. Bu məlumatlar ümumilikdə ürək-damar xəstəliklərinin inkişaf riski barədə fikir yürütməyə imkan verir.
 
"The Verge" nəşri yazır ki, gələcəkdə "Google"un alqoritminin tətbiqi həkimlərin işini asanlaşdıra bilər, ancaq öncə bu metod dəqiq yoxlamadan keçməlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.